Meyxanaçı Balaəlinin 130 min manatlı qol saatı...

Bir neçə gün əvvəl meyxanaçı Xosrov Kərimovun (Xosrov Maştağalı) toy mərasimi keçirilib. News24.az-ın yazdığına görə, paytaxtda baş tutan məclisdə tanınmış meyxanaçılar və sənət adamları iştirak ediblər. Toy zamanı səsləndirilən qafiyələr və maraqlı anlar sosial şəbəkələrdə geniş yayılıb, videolar qısa zamanda böyük baxış sayı toplayıb.

Məclisdə iştirak edən tanınmış meyxanaçı Balaəli Rzayev isə bu dəfə çıxışından çox aksesuarı ilə diqqət çəkib. Belə ki, onun qolundakı yaşıl siferblatlı, qızılı kəmərli “Rolex Day-Date” modeli izləyicilərin marağına səbəb olub.

Beynəlxalq satış platformalarında həmin modelin qiymətinin təxminən 70 min ABŞ dolları olduğu bildirilir. Bu isə hazırkı məzənnə ilə təxminən 135 min manat və ya 2 milyon 700 min türk lirəsi edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə