...Britaniyalı pop ulduzu Dua Lipa, elektronika nəhəngini onun fotosundan televizorların reklamı üçün qanunsuz istifadə etməkdə ittiham edərək, Samsung-a qarşı iddia qaldırıb.
SİA xəbər verir ki, Variety-nin məlumatına görə, sənətçinin nümayəndələri Kaliforniya federal məhkəməsində iddia qaldıraraq, Samsung-un onun icazəsi olmadan onun şəklini ABŞ-da satılan televizor qutularına yerləşdirdiyini iddia ediblər.
Sözügedən foto 2024-cü ildə Austin City Limits Festivalında səhnə arxasında çəkilib.
Dua Lipanın nümayəndələrinin sözlərinə görə, şirkət bu şəkildən genişmiqyaslı reklam kampaniyasında istifadə edərək, sənətçinin rəsmi olaraq brendi dəstəklədiyi və məhsullarını tanıtdığı təəssüratını yaradıb.
Lakin müğənni ilə Samsung arasında heç bir əməkdaşlıq olmayıb.
İddia ərizəsində qeyd olunur ki, ulduz onun şəklinin istifadə edildiyindən xəbərsiz olub.
Buna görə də sənətçi Samsung-dan 15 milyon dollar təzminat tələb edir.
Lipanın komandası qeyd edib ki, vəziyyətdən xəbər tutduqdan sonra dəfələrlə Samsung-a şəkil istifadəsini dayandırmaq üçün tələblər göndəriblər.
Lakin onlar iddia edirlər ki, şirkət bu tələbləri qulaqardına vurub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB