Ekzotik heyvanlar və gün batımı...

Dua Lipa və Kallum Turnerin Cənubi Afrikadakı romantik safarisi...

...Britaniyalı pop ulduzu Dua Lipa və nişanlısı, 36 yaşlı aktyor Kallum Terner qeyri-adi bir səyahətə çıxıblar.

SİA-nın əldə etdiyi məlumata görə, cütlük Cənubi Afrikada romantik bir safariyə gediblər.

30 yaşlı müğənni Afrika savannasında səyahətlərini göstərən bir sıra atmosferik fotolar paylaşıb.

Cütlük təbii yaşayış yerlərində vəhşi heyvanları - filləri, zebraları və yırtıcıları görüblər, birlikdə gün batımından zövq alıblar.

Qeyd edilir ki, bu, müğənninin ilk safarisi və onun üçün bu təcrübə həqiqətən unudulmaz olub.

...Cənubi Afrikada həyatımın ən inanılmaz səyahətini yaşadım. Heyvanları təbii yaşayış yerlərində izləmək ağlasığmaz bir şeydir; bunu təsvir etmək üçün söz tapa bilmirəm...

Pop ulduz deyib bunu...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə