Britni Spirs reabilitasiya mərkəzində müalicə alır…

…2000-ci illərin pop şahzadəsi Britni Spirs reabilitasiya mərkəzinə daxil olub. 44 yaşlı müğənni hazırda alkoqol və narkotik asılılığından müalicə alır.

SİA xəbər verir ki, TMZ-nin məlumatına görə, sənətçi Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildikdən sonra yaxınları peşəkar yardım tələb ediblər.

Spirs sonda ABŞ klinikasında terapiya keçməyə razı olub. Britni Spirs reabilitasiya mərkəzində müalicə alır…

…O, dibinə düşdüyünü başa düşdü. Və bilir ki, bu, hakimdə yaxşı təəssürat yaradacaq - o, bu işə ciddi yanaşır, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Spirs-in alkoqol və narkotik istifadəsi ilə bağlı problemləri illərdir davam edir və bu, onun həyatında uzun müddət davam edən böhran dövrləri ilə bağlıdır.

…2007-ci ildə Kevin Federlayndan boşandıqdan sonra Britni ağır sinir böhranı keçirib və bu, şou-biznes tarixində ən çox müzakirə olunan anlardan birinə çevrilib.

Bunun ardınca atası ilə illərlə himayədarlıq həyatı yaşadı və müğənni bu münasibətə yalnız 2021-ci ildə rəsmi olaraq son qoymağı bacardı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə