Narkotikaya görə bu serialdan da qovuldu...

Daha bir türkiyəli aktyorla bağlı xəbər var. Məlum olub ki, türkiyəli aktyor İsmail Hacıoğlu ifadəsində narkotik maddə istifadə etdiyini açıqlayıb.

Buna görə də aktyor bundan sonra "TRT1" tərəfindən rol aldığı "Cennetin çocukları" serialından kənarlaşdırılıb. Həmçinin, kanal hazırda baş rolu canlandırmaq üçün yeni aktyor axtarışına başlayıb.

Eyni zamanda İsmailin rol aldığı əvvəldən lentə alınan 2 bölüm izləyicilərə təqdim ediləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə