"Yaprak dökümü"nün aktrisası yasda - atası ad günündə ölüb...

"Yaprak dökümü" serialının unudulmaz "Fikret" obrazını canlamdırmış türkiyəli aktrisa Bennu Yıldırımlara ağır itki üz verib. Tanınmış aktrisanın atası Vedat Yıldırımlar dünyasını dəyişib.
B.Yıldırımlar bu kədərli xəbəri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Atasının məhz fevralın 14-də, öz doğum günündə vəfat etməsi hər kəsi sarsıdıb. Bennu Yıldırımlar atasını həyat yoldaşı Emel Yıldırımların yanına, sonsuzluğa uğurladıqlarını bildirib.
O, atasının prinsiplərinə sadiq, Nazim Hikmətin şeirlərini əzbər bilən və hər zaman ümidini qoruyan insan olduğunu qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə