Bir çox sənətçilər kimi müğənni Mehin Hümbətova da paytaxt yollarında tıxacların çoxluğundan şikayət edib. SİA xəbər verir ki, sənətçi vaxtının çoxunun tıxaclarda getməsindən narazılıq edib. 40 dəqiqə tıxacda hərəkətsiz qaldığını deyən sənətçi bu qədər narazılığın cavabsız qalmasından gileylənib: "Əsas vaxtların tıxacı hamıya bəllidir. Bir də vay o gündən Bakıya bir damcı yağış yağsın. Yollar olur iflic. Maşınlar motoru söndürür. Hazırda hərəkətsiz 40 dəqiqədən çoxdur dayanmışıq. Nə vaxta qədər belə davam edəcək, həlli yolu hardadır? Bütün bu suallar cavabsız qalıb. Ömrümüz isə yollarda hədər gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə