Paparassilər Rihanna və A$AP Rokkini görüşdə yaxalayıb

...Daily Mail xəbər verir ki, paparazzilər Rihanna və A$AP Rockini 2025-ci ildə ilk görüşdə “ələ keçiriblər”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, cütlük Los-Ancelesin məşhur restoranlarından birinə şam yeməyinə yollanıb.

Rihanna gəzinti üçün rahat, lakin qəşəng bir görünüş seçibmiş: qara kapüşon və bol cins şalvar, qısa xəz palto və gün eynəyi...

A$AP Rocki kapüşonlu və cins şalvar geyinərək sevgilisinin təsadüfi üslubunu dəstəkləyib və görünüşünü Prada pencəyi və eyni markanın imzalı papağı ilə tamamlayıb.

Deyilənlərə görə, Rihanna və A$AP Rocky-nin münasibətləri 2012-ci ildə, Coachella festivalında tanış olduqları vaxta təsadüf edir.

Sonra onları yalnız dostluq bağlayıb, lakin 2020-ci ildə cütlük Barbadosa birgə səyahətə çıxıb və burada müğənninin ailəsi ilə Milad bayramını qeyd ediblər.

Artıq 2021-ci ilin may ayında reper Rihannanı “həyatının sevgisi” adlandıraraq, onların romantikasını rəsmən təsdiqlənib.

13 may 2022-ci ildə ulduz cütlüyün RZA Athelston Myers adlı ilk övladı dünyaya gəldi. 2023-cü ilin avqustunda cütlük ikinci dəfə valideyn oldular - onların Riot Rose Myers adlı başqa bir oğlu var.

...Yeri gəlmişkən, həmyaşıd olan sevgililər həm də yerlidirlər: Barbadosda doğulublar...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə