Rep ifaçısı konsert verməyə hazırlaşır

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) konsert verməyə hazırlaşır. SİA xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib. O bildirib ki, martda planlaşdırılan gecə üçün hazırlıqlara başlayıb: "Martın 11-də "Elektra Events Hall"da baş tutacaq solo konsertimdə sevənlərimi gözləyirəm. 6 il sonra səhnəyə böyük komandadının müşayiəti ilə çıxacağam. Çox həyəcanlıyam".

PRoMete bildirib ki, gecədə bir çox tanınmış sənət adamı da onu tək qoymayacaqlar. Biletlər "iTicket.az" saytında və şəhərin bütün kassalarında satışdadır.

Qeyd edək ki, PRoMete H.O.S.T Alliance-nin yaradıcılarından biri və HOST prodakşının təsisçilərindəndir. Hazırda "mikpro" yayım şirkətinin həmtəsisçisidir. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. 2012-ci ildə H.O.S.T qrupu fəaliyyətini dayandırdıqdan sonra, PRoMete solo fəaliyyətini rep ifaçısı kimi davam etdirir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə