“D-8 Media Mükəmməllik Mərkəzi əməkdaşlığa yeni töhfə verəcək” - Hikmət Hacıyev
“Azərbaycan Respublikasında D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm”.
SİA xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycanın D-8 təşkilatına tamhüquqlu üzv qəbul olunması ölkəmizə göstərilən etimadın və hörmətin ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan təşkilatın gündəliyinə fəal töhfə vermək əzmindədir.
Hikmət Hacıyev qeyd edib ki, D-8 çərçivəsində Media, Enerji və Nəqliyyat Mükəmməllik Mərkəzlərinin yaradılması təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülmüşdü və bu gün həmin təşəbbüslərdən biri artıq reallaşıb.
Prezidentin köməkçisi vurğulayıb ki, D-8 Media Mükəmməllik Mərkəzi jurnalistlər və media qurumları arasında əməkdaşlığın inkişafı üçün praktik platforma rolunu oynayacaq. O əlavə edib ki, mərkəzin əsas fəaliyyət istiqamətlərinə faktların yoxlanılması, media təlimləri, peşəkar təcrübə mübadiləsi, dezinformasiyaya qarşı mübarizə və süni intellekt texnologiyalarının media sahəsində tətbiqi daxildir.
Hikmət Hacıyev sonda D-8 Baş katibliyinə və üzv dövlətlərə təşəbbüsə göstərdikləri dəstəyə görə təşəkkür edib, bütün qardaş ölkələri yeni yaradılan Mərkəzin fəaliyyətinə fəal töhfə verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB