Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək.

SİA -nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxunub, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğulayıb.

Prezident bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə