2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi regionun siyasi və hərbi reallıqlarını köklü şəkildə dəyişdirdi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı ərazilər azad olundu. Hərbi meydanda qazanılan bu tarixi qələbə nəticəsində rəsmi İrəvan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Bu sənəd – 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat – Cənubi Qafqazda yeni siyasi düzənin əsasını qoydu.
44 günlük müharibə gedişində Ermənistanın hərbi və siyasi rəhbərliyi ciddi itkilər verdi, ordunun döyüş qabiliyyəti sarsıldı. Azərbaycan Ordusu həm strateji yüksəkliklərdə, həm də mühüm yaşayış məntəqələrində üstünlük qazandı. Xüsusilə Şuşa şəhərinin azad olunması Ermənistan üçün döyüşlərin dönüş nöqtəsi oldu. Bu qələbə Ermənistanın müqavimət imkanlarını tam tükətdi və nəticədə Nikol Paşinyan hökuməti məğlubiyyəti etiraf etməyə məcbur qaldı. 10 noyabr 2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycanın Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanat, faktiki olaraq, Ermənistanın kapitulyasiyası idi. Bəyanatın imzalanması ilə aşağıdakı əsas bəndlər qüvvəyə mindi:
-Atəşin tam dayandırılması və bütün hərbi əməliyyatların dayandırılması.
-Azərbaycan Ordusunun azad etdiyi ərazilərin saxlanılması və əlavə rayonların – Ağdam, Kəlbəcər və Laçının – mərhələli şəkildə Azərbaycana qaytarılması.
-Rusiya sülhməramlılarının müvəqqəti olaraq Qarabağ bölgəsində yerləşdirilməsi.
-Məcburi köçkünlərin və qaçqınların öz yurdlarına qayıtmaq hüququnun tanınması.
-Nəqliyyat-kommunikasiya xətlərinin açılması və Zəngəzur dəhlizinin yaradılması perspektivi. Bu müddəalar Azərbaycan üçün hərbi qələbənin hüquqi təsdiqi idi. Ermənistan isə imza atmaqla öz məğlubiyyətini və işğal siyasətinin sonunu rəsmiləşdirdi. Bəyanatın imzalanmasından sonra Azərbaycanın diplomatik və hərbi səyləri davam etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qalan separatçı silahlı birləşmələr tam tərk-silah edildi və bölgədə Azərbaycan suverenliyi bərpa olundu. Beləliklə, 2020-ci il üçtərəfli bəyanatı ilə başlanan proses 2023-cü ildə öz məntiqi sonuna çatdı – Ermənistanın işğalçılıq siyasəti tam iflasa uğradı, Qarabağ məsələsi birdəfəlik bağlandı. Rəsmi İrəvanın kapitulyasiyası və 10 noyabr üçtərəfli bəyanatı Azərbaycanın tarixi qələbəsinin siyasi sənədidir. Bu bəyanat təkcə müharibənin bitdiyini deyil, həm də Cənubi Qafqazda yeni dövrün – ədalətli sülh və regional əməkdaşlıq mərhələsinin başlanmasını ifadə edir. Azərbaycan xalqı və dövləti bu zəfəri Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və xalqın birliyi sayəsində qazandı. Bu gün üçrəngli Azərbaycan bayrağı Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalanır, bu isə tarixin ədalətinin bərpasının rəmzidir.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB