Artıq beşinci ildir ki, Qubadlı şəhərinin işğaldan azad olunmasını xalqımız böyük sevinc, coşqu hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Müzəfər Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 2015-ci ilə olan məlumatlarına əsasən rəsmi İrəvanın apardığı qanunsuz məskunlaşma siyasəti nəticəsində, Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin sayı qeyri-qanuni olaraq buraya köçürülən sakinlərin hesabına artıb. Köçürülənlərin əksəriyyəti – Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda və Qubadlıda məskunlaşdırılmışdı. Köçürülənlərin əksəriyyəti Suriyadan, eləcə də Livandan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması kütləvi olmuşdur. Onların 2002-2018-ci illəri əhatə edən dövrdə əvvəllər işğal olunmuş Qubadlı rayonunun Xanlıq kəndində yerləşən yeni yaşayış və emal sahələrinin sayının sürətlə artdığını göstərən o dövrə aid fotoşəkillər də vardır. Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.
Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi, çünki şəhərdə ermənilər güclü istehkamlar təşkil etmişdi. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu ilk növbədə, şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə azad etdi və noyabrın 9-dək rayonun 41 kəndi işğaldan azad olundu. Digər xüsusi bir məqam, Qubadlının azad olunması ilə Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yarandı. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandanın İlham Əliyev bildirmişdir ki, Qubadlının azad edilmısi ilə qələbəmiz daha da yaxınlaşdı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdan idi. Rayonun azad olunması ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi. Beləliklə Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. 2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.
Mütamadi olaraq, azad edilmiş rayonlara etdiyi səfər əsnasında Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, Qubadlı rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezidentin səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid oluruq. Azad edilmiş torpaqlarda artıq bir neçə yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vdövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa edilən və ediləcək yarımstansiyalar 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.
Ölkəmizin başçısı işğaldan azad ediləndən sonra mütəmadi olaraq Qubadlıya səfərlər edib və bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident 25.10. 2021- ci il tarixində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak edib. Elə həmin gün «Qubadlı» yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılış mərasimlərində iştirak edən ölkə başçısı Qubadlı Rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.
Prezident İlham Əliyev 2023 il də Qubadlı Rayonuna səfərlər edib və bir sıra tədbirlərdə iştirak edib. Ölkə başçısı 19.10.2022-ci il tarixdə «Zabuxçay» və «Bərgüşadçay» su anbarlarının layihəsi ilə tanış olub. Elə həmin gün Azərişıq ASC-nin 35 kilovatlıq yarımstansiyasını və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
2023 cü ildə isə ölkəmizin başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərinə qatılıb.
Qubadlının timsalında azad edilmiş bütün ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, hətta xarici ölkələrin tanınmış media orqanlarında da geniş şəkildə tirajlanır. Bu da o deməkdir ki, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətli və yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan, artıq dünyada güclü bir tərəfdaşa, öz siyasi-iqtisadi imkanları ilə regionda ciddi söz sahibinə çevrilib.
8 avqustda ABŞ də Prezidentlərin iştirakı ilə imzalanmış sülh müqaviləsinin paraflanması qələbəmizi memarı olan cənab Ali Baş Komandan İlham Əliyevin bölgədə sülhün və əmin-amanlığın da memarı kimi apardıgi siyasət dünyada Azərbaycanın nüfuzunun artırılması xidmət edir.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB