"Ermənistan xalqı ağlınızı başınıza alın!" - SABİQ SƏFİRDƏN SƏRT REAKSİYA
"Sentyabr ayının 13-ü gecə qaranlığından istifadə edən təcavüzkar erməni gücləri Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən rayonlarında təxribat törətdi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistan xain hücümlarını bir pusu olaraq törətdilər: "Müdafiə Nazirliyindən verilən açıqlamaya görə Azərbaycanın 50 şəhidi var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa diləyirəm. Ancaq Can Azərbaycanımızın güclü və qəhraman ordusu gərəkli cavabı adekvat şəkildə verdi. Azərbaycan ən ağır şəkildə şəhidlərimizin qisasını aldı və 200-dən çox erməni əsgəri öldürüldü. Döyüş meydanında Ermənistanın çoxsaylı hərbi texnikası məhv edildi. Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı yönələn hücumları ilk dəfə deyil, biz bunun 44 günlük Vətən müharibəsində də şahidi olduq. Ermənistan həmin dövrdə Gəncəyə və Mingəçevirə, Bakı yaxınlarına, hətta qəbirsanlığa belə raket zərbələri endirmişdi. Bütün bunlar insanlıq cinayətidir və törətdikləri əməllərin hesabını verməlidirlər. Türkiyə hər zamanki kimi Azərbaycanın yanındadır. Azərbaycan heç vaxt tək deyil. Həm prezidentimiz Rəcəb Tayyib Ərdoğan, həm də xarici işlər nazirimiz Mövlud Çavuşoğlu, milli müdafiə nazirimiz Hulusi Akarın da açıqlamaları bir daha Türkiyənin Azərbaycanın yanında olduğunun göstərir".
Hulusi Kılıç sözlərinə əlavə edərək bildirdi ki, 44 günlük Vətən müharibəsindən çıxan Azərbaycan ordusu ilə indiki Azərbaycan ordusu arasında böyük fərqlər var: "Orduda komando birlikləri yaradılıb və tərkibindəki xüsusi təyinatlar daha da artdı. Həm daha güclü Azərbaycan ordusu var, həm də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın dünyadakı imicini çox müsbət formalaşdırdı. Paşinyan 44 günlük Vətən müharibəsindən olduğu kimi yenə çarəni başqa yerlərdə axtarırdı. Makrona, Putinə zəng edərək çarəsizliyini başqalarında axtardı. Mən bildirmək istəyirəm ki, Paşinyan çarəni bunlarda tapa bilməz. Çarə Bakı və Ankardadır. Onun üçün Paşinyan ilk öncə Ankaranı və Bakını axtarmalıdır. Yoxsa, Makron və Putin dərdlərinə çarə tapa bilməz. Bəs soruşmazlar ki, xaricdən dəstək gözləyirsənsə niyə hücum edirsən? 31 avqusta Brüsseldə bir razılaşma oldu. Bu razılaşmadan 10 gün sonra belə bir provokasiya etməklə nəyin hesabını edirlər? Brüssel razılaşmasına görə Azərbaycan bu ay ərzində sülh anlaşması üçün ilkin variant hazırlayacaqdır. Yenə noyabr ayında iki lider bir araya gələrək sülh razılaşmasının son variantını hazırlayacaqlar. Brüssel görüşündən 12 gün sonra Ermənistan təxribatları baş verdi. Təbii ki, Ermənistan tərəfi itirir. Eyni zamanda Türkiyə və Ermənistan arasında normallaşmanı da təhlükə altına atdı. Yəni Türkiyənin görüşü Azərbaycanla Ermənistan arasında sülh razılaşması imzalanmalı və ondan sonra Türkiyə Ermənistan əlaqələri normallaşmağa doğru gedə bilər. Yenə itirən erməni xalqı və Ermənistan tərəfidir. Ermənistan xalqı, ağlınızı başınıza alın və yeni rallıqlarla, gərcəklərlə artıq barışın. Zaman keçdikcə daha gec qalırsız!".
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB