"Azərbaycan və Türkiyə qardaşlığı daimidir" POLİTOLOQ AÇIQLADI

"Azərbaycan və Türkiyə liderlərinin qarşılıqlı inam və hörmətə əsaslanan dostluq, qardaşlıq münasibətləri Azərbaycan və Türk xalqlarının uzun illərə dayanan tarixi, mədəni dil-din birliyinə söykənib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq qeyd edib ki, cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında dostluğu, qardaşlığı ən üst və yüksək səviyyəyə daşımağa xidmət edən bu münasibət Azərbaycan və Türkiyə xalqlarının əlaqələrinin daha da genişlənməsinə və dünya ölkələri üçün əvəzedilməz nümunəyə çevrilməkdədir: "Əslində, Türkiyə və Azərbaycan arasında münasibətlərin bu səviyyədə olması hər iki dövlətin maraqlarına xidmət edir. Eyni zamanda, bu gün və gələcəkdə Türkiyə və Azərbaycana qarşı baş verə biləcək təhdidlərə birgə mübarizə platforması ortaya qoyur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bir millət iki dövlət prinsipinə əsaslanan Cənab Prezident tərəfindən daha da üst səviyyəyə qaldırılan Azərbaycan və Türkiyə qardaşlığı digər ölkələr üçün nümunədir. Xüsusilə qarşılıqlı iqtisadi və diplomatik münasibətlər Cənubi Qafqazda sülhə nail olmaq üçün birgə səyləri nəzərə alınmalıdır. Konya səfəri zamanı sərgilənən səmimi münasibətlər bu münasibətləri özündə əks etdirən fotoların yayılması region və regionda maraqları olanlar üçün bir mesajdır. Bu münasibətlərin pozulmasını istəyənlər üçün bu fotolar bir ismarıcdır. Bu mesaj Azərbaycan və Türkiyə qardaşlığının daimi olacağını nümayiş etdirir. Eyni zamanda, bu münasibətlər həmin dövlətlərin bölgəmizə qarşı həyata keçirmək istədikləri məkrli siyasətə onları bir daha baxmaq məcburiyyətində qoyur. Bu birlik istənilən təhdidlərə sinə gərəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə