"Türkiyə və Azərbaycan eyni gözlə baxır" - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan Türkiyə münasibətləri həqiqətəndə ən yüksək səviyyədədir". Bu sözləri SİA-ya açılamasında Politoloq İlqar Vəlizadə deyib.

Politoloq İlqar Vəlizadə bildirir ki, münasibətlər dayanmadan irəliləyir və inkişaf edir: "Buna səbəb geosiyasi amillərdir. Hansı ki, ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verir. Digər tərəfdəndə qarşılıqlı iqtisadi layihələrin reallaşdırılmasıdır ki, bu iqtisadi layihələr həm Türkiyə, həm də bölgə üçün önəmlidir. Hər iki ölkənin sosial iqtisadi rifahını təmin edir. Digər tərəfdən, əlbəttə ki, ikitərəfli münasibətlər təhlükəsizlik baxımından çox vacibdir. Burda Ankara və Bakı müxtəlif səviyyələrdə çox sıx əməkdaşlıq edirlər. Yəni həm hərbi sahəsində, həm təhlükəsizlik sahəsində bu əməkdaşlıq öz bəhrəsini verib. Əlbəttə, Türkiyə və Azərbaycan münasibətlərinin yaxşı olduğunu göstərən digər amil budur ki, hər iki ölkə qardaş xalqdır. Onları vahid dil, vahid din, vahid ənənələr, vahid mədəniyyət birləşdirir".

Politoloq fikirlərinə əlavə edərək bildirib ki, eyni zamanda son illər ərzində iki tərəfdə də müəyyən qarşılıqlı vahid ideoloji yanaşmada özünü göstərir: "Müxtəlif mürəkkəb geosiyasi proseslərə Türkiyə və Azərbaycan eyni gözlə baxır. Bu baximdan iki ölkə öz siyasətlərini və baxışlarını uzlaşdırır. Bu uzlaşma bütün proseslərin ahəngliyini təşkil edir. İqtisadi ,humanitar,siyasi əlaqələrinin ahəngliyini təşkil edərək gələcəyə addımlayırıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...