"Rus sülhməramlıları missiyalarını düzgün yerinə yetirə bilmir" - POLİTOLOQ AÇIQLADI

"Erməni snayperçiləri tərəfindən bir əsgərimizin şəhid edilməsi onu göstərir ki, rus sülhməramlıları bura sülh yaratmaq üçün gəlməyib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onlar, sadəcə, bölgədə erməniləri müdafiə etmək və Rusiyanın maraqlarına uyğun düzən qurmaq istəyirlər.

Qabil Hüseynli bu haqda fikrini belə izah edib: "Hələ də orada 15 minə yaxın Ermənistan silahlı qüvvələrinin əsgərləri qalır. Moskva razılaşmalarına görə, onlar çıxarılmalı idilər. Amma çıxarılmadılar. Şəhid olan əsgərimizdən əlavə, Kəlbəcərə yük daşıyan maşın karvanına və onu müşahidə edən “Niva” markalı maşının təkərlərinə atəş açıblar. Həlak olan olmasa da maşın sıradan çıxıb. Bütün bunlar onu göstərir ki, rus sülhməramlıları sülh yaratmaq, bölgədə ədalətli düzən qurmaq kimi missiyaları yerinə yetirə bilmir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə