"Məqsəd hakimiyyəti zəiflətməkdir" - POLİTOLOQ

“Ümumiyyətlə, Türkiyənin regional siyasətinin aktivləşməsi, Livyada, Cənubi Qafqaziyada, Mərkəzi Asiyada öz siyasi, hərbi mövqelərini möhkəmləndirilməsi, bundan savayı İraqın şimalında PKK terror təşkilatına qarşı apardığı uğurlu hərbi əmiliyyatlar demək olar ki, PKK-nın sıradan çıxmasına səbəb olub. Həmçinin ötən həftələtdə Şimali Kipr Türk Cümhuriyyətinin 44 illiyi münasibətilə Lefkoşada keçirilən tədbirlərdə cənab Ərdoğan Şimali Kiprin müstəqilliyinin tanıdılması istiqamətində işlərə başlanacağına inandığını qeyd edib. Bu da bir çox dairələr, bir çox ölkələri ciddi şəkildə narahat edir. Beləliklə, Türkiyə iqtisadiyyatı və hökumətinin zəiflədilməsi istiqamətində müəyyən planlar həyata keçirilir. Bundan qabaq Gəzi olayları, 2016-cı ildə çevriliş cəhdi kimi üsullara əl atılıb. Ancaq bunların heç biri uğurlu alınmayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadə yanğınları ekoloji terror adlandırıb: “Türkiyə iqtisadiyyatını, əsasən, Aralıq dənizi istiqamətində Türkiyə turizmini birbaşa hədəf alan meşə yanğınları, əlbəttə, ekoloji terrordur. Yanğınların əsas hədəfi hazırkı hakimiyyətdir. Bu barədə politoloq fikirlərini belə açıqlayıb: “Burada hədəf Türkiyə iqtisadiyyatını zəiflətmək, nəticədə Ərdoğan hakimiyyətini növbəti seçkilərdə məğlub etməkdir. Yanğın olan ərazilərin əhalisinin əksəriyyəti AKP-yə səs verənlərdir. Turizm sektorunun çökməsi, həmçinin böyük bir ərazinin yanması ölkə iqtisadiyyatının zəifləməsinə, bu ərazilərdə sosial vəziyyətin ağırlaşmasına səbəb olur. Bundan istifadə edən müxalifət daha da hakimiyyətin üzərinə gedərək növbəti seçkilərdə onu zəiflədə və məğlub edə bilər. Ona görə də, bu hazırlanmış ssenaridir. PKK və ona dəstək verən dövlətlər terrorun arxasında durdular. Ssenarinin məqsədi isə AKP hakimiyyətini sonlandırmaq, Türkiyəni zəiflətməkdir”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə