Türkiyədəki yanğınları dünya yaxından izləyir - RUSİYA XİN

Rusiya xarici işlər nazirinin müavini Alexander Qruşko Türkiyədəki yanğınları yaxından izlədiklərini deyib. SİA xəbər verir ki, nazir müavini eyni zamanda, Ankara ilə tez-tez əlaqə saxladıqlarını bildirib: “Biz vəziyyəti yaxından izləyirik. Bilirsiniz ki, Rusiya bu fəlakətin öhdəsindən gəlməsində Türkiyə rəhbərliyinə kömək edib. B200 təyyarələri də daxil olmaqla avadanlıqlarımız orada işləyir. Türkiyə rəhbərliyi ilə daim əlaqə saxlayırıq. Türkiyənin Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün kifayət qədər qaynağa sahib olduqlarına inanırıq. Biz hər şeyi edəcəyik”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə