"Region iki qardaş ölkənin hegomoniyası altındadır" - MÜSAHİBƏ

SİA tanınmış jurnalist Oktay Hacımusalının müsahibəsini təqdim edir:

- Türkiyənin bir neçə bölgəsində genişmiqyaslı və kütləvi şəkildə meşə yanğınları baş verib. Bununla bağlı fikirləriniz nələrdir?

- Türkiyədə 20-dən artıq ərazidə bu yanğınlar baş verdi. Meşə yanğınları kütləvi şəkil aldı. Ehtimallara görə terrordur. Bəzi məlumatlara görə, şiddətli istilər və isti yayla əlaqədardır. Türkiyə regionda fərqli bir atmosferin içərisindədir. Regionun geosiyasi vəziyyətini tam idarəetmə iddiasındadır və bu yöndə uğurla addımlayır. Regionda Türkiyənin böyüməsini, güclənməsini, söz sahibi olmasını və qlobal layihələrdə iştirak etməsini istəməyən qüvvələr var. Bu siyasi pressinq variantıdır. Yəni, Türkiyə regiondakı qlobal iddialarından vaz keçsin və yenidən 1990-cı illərdəki qara dövlərinə geri qayıtsın. Amma bu mümkünsüz bir fikirdir. Çünki, artıq regionun balansı yenidən formalaşır. İndi ayaqlar başdır, başlar ayaqdır. Türkiyənin həyata keçirdiyi həm daxili siyasət, həm də uğurlu xarici siyasət öz rolunu oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Regionda dünya beşdən böyükdür” iddiasını səsləndirməsi Türkiyənin nə qədər sistemli fəaliyyət aparmasını göstərir. Düşünürəm ki, Türkiyə sakit olmalıdır və sabitliyini təmin etməlidir. Burada baş verən hadisələr heç şübhəsiz ki, Azərbaycanı dərindən sarsıdır. Hər zaman Türkiyənin yanında olduğumuzu bəyan edirik və edəcəyik.

- Turizm Türkiyənin ən böyük gəlir qaynaqlarından biridir. Bu kütləvi yanğınlar Türkiyə iqtisadiyyatına nə qədər təsir edəcək?

- Pandemiyadan öncəki dönəmlərdə Türkiyə həm iqtisadi resurslar baxımından, həm də siyasi resurslar baxımından ciddi mənada sıxıntılar yaşayırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçilənə qədər bu problemlər həm siyasi, həm iqtisadi müstəvidə davam edirdi. Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra iqtidara Ədalət və İnkişaf partiyasının gəlməsindən sonra sözün həqiqi mənasında Türkiyədə ciddi bir dirçəliş başladı. Yəni, özünü bütün sahələrdə göstərdi. Artıq öz silahını istehsal edən və təhlükəsizliyini təmin edən və iqtisadi açılımlarla güclü dünyaya meydan oxuyacaq hala gələn Türkiyədən bəhs edirik. Türkiyə bu böyümənin içərisində uğur əldə etdi. Pandemiya dövründə ağır şərtlər yaşandı qapanmalar oldu. Heç şübhəsiz ki, ölkə iqtisadiyyatına ciddi mənada təsir etdi. Keçən il Türkiyədə turizmlə bağlı heç bir layihə aparılmadı. Türkiyə 2019 və 2020-ci illəri pandemiya baş verməsəydi, öz potensiyalını turizm iqtisadiyyatı üzərində quracaqdı.

- Türkiyə siyasi elitasında və ya parlamentində azərbaycan kökənli millət vəkilləri varmı?

- Düşünürəm ki, şərt deyil ki, türk kökənli olan Azərbaycanın həqiqətlərini məclisdə hayqıra bilər. Şərt deyil ki, partiyaya bağlı olsun. Türk-Azərbaycan dostluq qrupunun başqanı Ədalət və İnkişaf partiyasının istanbul millət vəkili Şamil Ayrımı xüsusi qeyd etmək istəyirəm. Şamil bəy Şuşada da cənab Prezident və Türkiyə Prezidenti ilə bir araya gəldikdə sevinc hissini biruzə verdi. Aid olduğu kimliyə sahib çıxır. Türkiyə parlamentində iki Azərbaycan əsilli millət vəkili var. Məsələyə fərqli istiqamətdən baxaq. Türkiyə və Azərbaycan münasibətlərində daxili və xarici siyasətdə Azərbaycanın qırmızı xətlərini qoruyan lobbidaşlarımıza ehtiyac var. Bunu da yaratmaq üçün həmin insanlarda Azərbaycançılıq məfkurəsinin əsas leytmotivi olsunlar. Türkiyə və Azərbaycan münasibətləri son 15 ildə daha çox ön plana çıxıb.

- Son vaxtlar bölgədə Qarabağda Ermənistan və Azərbaycan sərhədində gərginlik yaranıb.Türkiyədəki siyasətçilər durumu necə qiymətəndirirlər?

- Türkiyə lap əvvəldən bir mənalı şəkildə 30 ildir eyni mövqeyini sərgiləyir. Azərbaycana qarşı hər hansı bir təzyiq, hədəf, təqib həyata keçirilərkən Türkiyə Azərbaycanın yanında olacaq. 44 günlük müharibədə və bundan öncəki Tovuz hadisələrində biz bunun əyani şahidi olduq. Türkiyə mənəvi dəstəyini Azərbaycandan əsirgəmədi. Region iki qardaş ölkənin hegomoniyası altındadır. Regionda bundan narahat olan qüvvələr var. Çünki, Ermənistanda revanşistlər məğlubiyyətə uğradı. Kənarda erməni cəmiyyətinə diqtə edən qüvvələr geri çəkilsə çox böyük prosesin şahidi olacağıq. Lakin kənara çəkilmək istəmirlər. Çünki kim istəyər ki, hazır meydanı qoyub çəkilsin. Türkiyə bütün seqmentləri ilə Azərbaycanı dəstəkləyirdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə