"İki partiya arasında əlaqələr yüksək səviyyədədir" - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında əlaqələr yüksək səviyyədədir. Onu qeyd etmək lazımdır ki, bu əlaqələrin yüksək səviyyədə olmasında cənab Prezident İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri və rolu var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bu partiyalar arasındakı əlaqələr daha da inkişaf edir: “Bilirsiniz ki, Azərbaycanın nümayəndə heyəti Türkiyəyə səfər etmiş, orada görüşlər keçirilmiş və yüksək səviyyədə Türkiyənin rəhbərliyi tərəfindən YAP-ın rəhbər və nümayəndə heyəti qəbul edilmişdir. Növbəti səfər artıq Azərbaycanda təşkil olundu. Bildiyimiz kimi Azərbaycanda da həm partiyanın rəhbərliyi ilə, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. Bu gün qeyd etdiyimiz kimi bu əlaqələr yüksək səviyyədədir və sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı xüsusi önəm daşıyır".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik var: “Türkiyə hər zaman Azərbaycana öz mövqeyini, dəstəyini bildirib və daim Azərbaycanın yanında olub. Vətən müharibəsi zamanında da Azərbaycan xalqı bu dəstəyi hər zaman hiss edib və bu gün də hiss edir. Bu səfərlər iki partiya arasında əlaqələrin inkişafı baxımından da xüsusi önəm daşıyır. Bilirsiniz ki, hər iki partiyanın gənclər təşkilatı arasında da əməkdaşlıq əlaqələri inkişaf edir. Artıq Türkiyədən olan nümayəndə heyəti Gəncəyə səfər edib. Gəncədə erməni terroruna məruz qalan əhali ilə görüşüblər. Qeyd etdiyim kimi bu kimi addımlar, bu kimi görüşlər əməkdaşlığa, birgə fəaliyyətə öz ciddi töhfəsini verəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə