"Bu ölkələr nəqliyyat marşrutlarının açılmasından qazanclı çıxacaq" Ceyhun Bayramov

Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılması əməkdaşlıq üçün böyük imkanlar yaradır.

SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar formalaşıb:"Bunu nəzərə alaraq mövcud üçtərəfli formatların genişləndirilməsi mümkündür və olmalıdır. Regionda üçtərəfli əməkdaşlığın bir çox variantı mövcuddur və bütün bu ölkələr nəqliyyat marşrutlarının açılmasından qazanclı çıxacaq".

Nazir vurğulayıb ki, regionun bütün ölkələri üçün əməkdaşlıq sahəsində nəhəng potensial mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...