Neftçalanın sel təhlükəsi ilə üz-üzə qalan 6 kəndində yeni bəndlər tikiləcək

Neftçalanın sel təhlükəsi ilə üz-üzə qalan 6 kəndində yeni bəndlər tikiləcək

Ötən il Kür və Araz çaylarında daşqınlardan sonra dövlət tərəfindən tədbirlər planı hazırlanaraq bənd bərkitmə işlərinə başlanılıb. Neftçala rayonu ərazisində yerləşən və təhlükə ilə üz-üzə qalan 6 kənddə- Şorkənd, Qaraqaşlı, Beşdəli, Cəngən, Qardaşbəyli və Balasurrada yeni bəndlərin tikilməsi nəzərdə tutulub.

Hal-hazırda Cəngən kəndi ərazisində bənd bərkitmə işlərini həyata keçirən podratçı təşkilat Təmir Tikinti MMC-nin rəhbəri Quliyev Çingizin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, martın 15-dən 3.5 kilometr uzunluğunda olan Kür çayı sahilində bəndlərin tikintisinə başlanılıb. Bəndin 2000 metr aşağı hissəsində işlər tamamlanıb. Yuxarı hissəni isə yaxın günlərdə yerinə yetirəcəyik. Bəndin üst hissəsinin eni 8 metr, aşağı tərəfləri isə 21,22 bəzən 23,24 metr olur. Bu işlərin görülməsi üçün 25 texnika mexanizim əraziyə cəlb edilib.

Məlumat üçün bildirək ki, Neftçalanın Şorkənd, Qaraqaşlı, Beşdəli kəndlərində hər il yaşanan təhlükə AKKORD Şirkətlər qrupu tərəfindən artıq aradan qaldırılmaq üzrədir. Gələn aydan həmin ərazidə sahil bərkitmə işlərinə start veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə