ADPU-nun tələbəsi: “Ölkədə gənclərin artıq hərəkətlərinə heç bir ehtiyac yoxdur”
Bu gün bir sıra gənclərin müxalifət tərəfindən təşkil olunan qanunsuz aksiyalara qoşulması həqiqətən onlara yaraşmayan hərəkətlərdir. Bu barədə SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Nuran Mikayılova deyib. O bildirib ki, bu dövrdə prezidentimiz, dövlətimiz gənclər üçün bütün lazımi şərait yaradıb. Bütün sahələrdə şəffaflığın olduğunu deyən gənc tələbə vurğulayıb ki, gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsil alması üçün heç bir problem yoxdur.
"Ölkədə gənclərin artıq hərəkətlərinə heç bir ehtiyac yoxdur. Çünki dövlət tərəfindən gənclərə hər bir şərait, imkanlar yaradılıb və bunların əvəzində gənclərin belə aksiyalara qoşulması ən azından haqsızlıqdır. Bu gün bəzi gəncləri çıxmaq şərtilə onların böyük əksəriyyəti sosial şəbəkələrdə səsləndirilən çağırışlara getmirlər. Onlar ölkədəki gənclərə yaradılan şəraitləri çox gözəl bilir və onların aksiyalara qoşulmasının heç bir önəminin olmayacağını yaxşı başa düşürlər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB