Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 16-da saat 11.15-dən 11.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19.11-dən 19.40-dək və 20.55-dən 21.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Vozaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə