Ermənistanda müxalifət nümayiş keçirib

Ermənistanda müxalifət nümayiş keçirib

10 minə yaxın müxalifət tərəfdarı Ermənistan paytaxtında küçələrə çıxaraq hökumət əleyhinə nümayişlərin üçüncü ildönümünü qeyd edib. SİA-nın xəbərinə görə, İrəvanda keçirilən nümayişdə sabiq prezident Levon Ter-Petrosyan nitq söyləyib. Ter-Petrosyan Erməni Milli Konqresinin rəhbəridir.

Xatırladaq ki, 2008-ci il martın 1-də Yerevanda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada 10 adam həlak olmuşdu. İğtişaşlar Serj Sarkisyanın prezident seçildiyi seçkilərdən sonra baş qaldırmışdı.

Nümayişçilər həlak olanların portretlərini əllərində tutaraq günahkarların cəzalandırılmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə