“Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu”

“Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu”
Dünya Azərbaycanlı Gənclərinin I Konqresin açılışdan sonra 4 paneldən ibarət konqresin "Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu" mövzusunda ilk panel iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu paneldə Türkiyə Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başqanı Sinan Oğan "Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri", "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri", Azərbaycan Diplomatiya Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi" mövzularında məruzələr təqdim ediblər.

Bundan əlavə, Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi", gənc iş adamı Anar Məmmədov "Azərbaycan və qloballaşan dünyanın reallıqları-gənclərin gözü ilə", Amerika Azərbaycanlıları Şurasının prezidenti, Amerika Azərbaycanlıları Şəbəkəsi "USAN"-nın Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov "Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və gələcək perspektivlər" mövzularında məruzələri dinlənilib. Sonra məruzələr ətrafında çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə