Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlər və gələcəkdə məhsuldar əməkdaşlıq üçün zəmin olacaq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə