İrana qarşı sanksiyaların müddəti daha bir il uzadılıb

İrana qarşı sanksiyaların müddəti daha bir il uzadılıb

ABŞ prezidenti Barak Obama 31 il əvvəl İrana qarşı tətbiq olunan sanksiyalar barədə sənədin qüvvəsini daha bir il uzadıb.

SİA-nın məlumatına görə, 1979-cu ildə prezident Cimmi Karter tərəfindən tətbiq olubmuş sanksiyaların səbəbi Tehranda ABŞ səfirliyinin zəbt olunması və səfirliyin əməkdaşlarının 444 gün girov saxlanılması olub.

Bu sanksiyalar ABŞ-dan İrana qida və dərman preparatları daxil olmaqla bir necə malların ixracını, eləcə də İrandan Birləşmiş Ştatlarına hər hansı malların idxalını qadağan edir

Bütün xəbərlər Facebook səhifəmizdə