Dünyəvi təhsil, milli dəyərlər və qanunun aliliyi - MƏQALƏ

Dünyəvi təhsil, milli dəyərlər və qanunun aliliyi - MƏQALƏ

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas sahələrdən biridir. Məktəblər yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, eyni zamandagənc nəslin dünyagörüşünün formalaşdığı, milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və vətəndaşlıq məsuliyyətinə yiyələndiyi mühüm ictimai institutlardır. Buna görə də təhsil müəssisələrində müəyyən edilən qaydalar şəxsi yanaşmalardan deyil, qanunvericiliyintələblərindən, dövlətin təhsil siyasətindən və cəmiyyətin ümumi maraqlarından irəli gəlməlidir.

Azərbaycanda təhsil sahəsində geyim qaydalarınınmüəyyənləşdirilməsi də məhz bu kontekstdəqiymətləndirilməlidir. Şagirdlər üçün vahid məktəbli geyiminin, müəllimlər üçün isə müvafiq geyimstandartlarının tətbiqi təhsil mühitində nizam-intizamın, vahid yanaşmanın və məktəbin özünəməxsus ictimai statusunun qorunmasına xidmət edir. Bu məsələyə fərqli dini baxışların qarşıdurması kimi deyil, təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən ümumi qaydalar çərçivəsində yanaşmaqvacibdir.

Azərbaycan Konstitusiyası vicdan azadlığını təmin etməklə yanaşı, dövlətin dünyəvi xarakterini də müəyyən edir. Bu prinsiplər bir-birinə zidd deyil. Hər bir insanın dini etiqadına hörmətlə yanaşılması, onunhüquq və azadlıqlarının qorunması ilə dövlət müəssisələrində qanunvericiliyə uyğun qaydaların tətbiqi eyni hüquqi sistemin tərkib hissələridir. Buradaəsas məsələ dini inancları müzakirə predmetinə çevirmək deyil, şəxsi hüquqlarla ümumi qaydalararasında qanunla müəyyən edilmiş tarazlığı qorumaqdır.

Dünyəvilik dinə qarşı münasibət deyil. Dünyəvi dövlətin mahiyyəti müxtəlif dini inanclara və dünyagörüşlərinə malik insanların hüquqlarının qanunqarşısında bərabər şəkildə qorunması, dövlət idarəçiliyinin isə dini göstərişlər əsasında deyil, Konstitusiya və qanunlar əsasında həyata keçirilməsidir. Azərbaycan xalqı öz dövlətçilik modelini Konstitusiya vasitəsilə müəyyənləşdirib. Bubaxımdan, dövlətin dünyəvi əsaslarının qorunması hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən biridir.

Məktəb mühiti xüsusilə həssas yanaşma tələb edir. Çünki burada söhbət təkcə ayrı-ayrı şəxslərin seçimlərindən deyil, müxtəlif ailələrdən gələn uşaqların birgə təhsil aldığı ictimai mühitdən gedir.Məktəbin başlıca vəzifəsi şagirdlərə elm öyrətmək, onların müstəqil düşünmə qabiliyyətini inkişafetdirmək, müasir dünyada öz yerini tapan, millikimliyini qoruyan və məsuliyyətli vətəndaş kimiyetişən gənclər formalaşdırmaqdır. Təhsil müəssisələri hər hansı dini, siyasi və ya ideoloji mübarizənin meydanına çevrilməməlidir.

Eyni zamanda, məktəblərdə yaranan hər hansımübahisənin qarşıdurmaya çevrilməməsi üçünmaarifləndirmə, hüquqi izah və dialoq imkanlarındanistifadə olunmalıdır. Təhsil idarəçiləri, müəllimlər və valideynlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi həm uşaqların psixoloji rahatlığı, həm də tədrisin normal təşkili baxımından əhəmiyyətlidir. Qaydaların məqsədi düzgün izah edilməli, onların tətbiqində qanunçuluq və bərabərlik prinsipləri gözlənilməlidir.

Digər mühüm məsələ dini mövzuların siyasi vəideoloji məqsədlərlə istifadəsinə yol verilməməsidir.İstər ölkə daxilində, istərsə də xaricdən səsləndirilən çağırışlar Azərbaycan cəmiyyətində süni qarşıdurma yaratmaq əvəzinə, hüquqi və ictimai məsuliyyətbaxımından qiymətləndirilməlidir. Heç bir xarici təsir, ideoloji çağırış və ya ictimai təzyiq qanunvericiliyintələblərini əvəz edə bilməz. Bununla yanaşı, hər hansı şəxsin və ya qrupun mövqeyi barədə qiymətləndirmə konkret faktlara əsaslanmalı, dini mənsubiyyətə görə ümumiləşdirmələrə yol verilməməlidir.

Azərbaycanın gələcəyi savadlı, düşünən, millikimliyinə bağlı və hüquqi dövlət prinsiplərinə hörmət edən gənclərin əlindədir. Bu gələcəyin təmin olunması üçün təhsil müəssisələrində elmin, biliyin, bərabər imkanların və qarşılıqlı hörmətin üstün tutulması vacibdir. Dünyəvi təhsil sistemi uşaqları hər hansı birehkamın təsiri altına salmaq deyil, onların sərbəst düşünən, araşdıran və düzgün qərarlar verə bilən şəxsiyyətlər kimi yetişməsinə xidmət etməlidir.

Qanunun aliliyi, vicdan azadlığı və təhsilin dünyəvi əsasları bir-birini tamamlayan prinsiplərdir. Buprinsiplərin qorunması dövlətin, məktəbin, müəllimin və valideynlərin ortaq məsuliyyətidir. Əsas məqsəd isə dəyişməzdir: Azərbaycan uşaqlarına təhlükəsiz, keyfiyyətli və müasir təhsil mühiti yaratmaq, onların gələcəyini bilik, mənəvi dəyərlər və hüquqa hörmət üzərində qurmaq.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov

Bütün xəbərlər Facebook səhifəmizdə