Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.
SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
Sammitin gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizlik, eləcə də AQEM-nın institusional inkişafı məsələləri daxildir.
Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB