Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTOLAR
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, bir daha cənab Prezident, Sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz.
Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.
Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.
Yəni ki, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi.
Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.
Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa.
Söhbət əsnasında bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik.
Əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.
Müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və nəqliyyatdır. Cənab Prezident bildirdi ki, onların qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər.
Mən də öz tərəfimdən bildirdim ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var.
Laos bizim üçün dost ölkədir, yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.
Cənab Prezident, səfər etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm, ən xoş arzularımı çatdırıram. Sağ olun.
x x x
Sonra Laos Prezidenti bəyanatla çıxış etdi.
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, çox sağ olun. Bu gün burada Azərbaycanın mətbuat nümayəndələri ilə görüşmək mənim üçün böyük şərəfdir. Xoş sözlərinizə görə təşəkkür edirəm. Bəyanatınız çox hərtərəfli idi və ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini və əməkdaşlığı genişləndirmək, gələcəkdə daha da çox sahələri əhatə etmək üçün bu gün burada keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərdə müzakirə etdiklərimizin hamısını əhatə etdi.
Bu gün Zati-aliləri cənab Prezident məni çox yaxşı qəbul etdi. Qeyd etmək istərdim ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir. Bunlar ənənəvi əlaqələrə əsaslanır, çünki vaxtilə biz sabiq Prezidentiniz Heydər Əliyevi ölkəmizdə qəbul etmişdik. O vaxt Heydər Əliyev Laosa SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini və Siyasi Büronun üzvü qismində səfər etmişdi. O, 1986-cı ildə partiyamızın dördüncü qurultayında iştirak etmişdi. Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayında möhtəşəm çıxışı və bəyanatı ilə Laos xalqına çox yaxşı təsir bağışlaması haqqında bizim çox xoş xatirələrimiz var. Bu gün mən bizim xalqımızla yaxşı münasibətlərin təməlini qoyan Prezidentin oğlu, Zati-aliləri Prezident İlham Əliyevə bir daha səmimi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmin ənənəvi əlaqələrin davamçısıdır. Prezident Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti Laosun Baş nazirinin müavini və xarici işləri naziri Tonqsavan Fomfihan ilə üzbəüz əyləşmişdir. O da Laosun sevimli sabiq Prezidenti Keyson Fomfihanın oğludur. Bu da bizim əlaqələrimizin yüksəldiyini və bugünkü rəsmi səfərimin yaxşı nəticələrini əks etdirir. Görüşlərimizlə bağlı xatirələriniz haqqında fikirlərinizi tam dəstəkləyirəm.
Prezident İlham Əliyev, həmçinin ənənəvi müsbət xarakter daşıyan ikitərəfli əlaqələrimizin yenidən qiymətləndirilməli, parlamentlərarası və siyasi əlaqələrdən savayı əməkdaşlıq sahələrinin daha da genişləndirilməli olduğunu vurğuladı. Biz iqtisadiyyat, ticarət, investisiyalar, xalqlararası mübadilələr, turizm, insan resurslarının inkişafı sahələrində əlavə imkanları araşdırmalıyıq ki, Laosun bu sahələrə çıxışı olsun.
Mən həqiqətən inanıram ki, bu rəsmi səfər ölkələrimizin müvafiq qurumlarına dövlət başçıları səviyyəsində aparılmış müzakirələrin nəticələrini daha ətraflı müzakirə etmək tapşırığını vermək imkanı yaradacaq. Biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var. Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq. Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq.
Biz, həmçinin bir çox digər sahələrdə də araşdırma və müzakirələri davam etdirəcəyik. Bu rəsmi səfər çərçivəsində bizim Azərbaycan Milli Məclisinin spikeri ilə görüşmək imkanımız olacaq. Biz ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın davam etdirilməsini təşviq edəcəyik. Əlbəttə ki, hökumətlər bizim bu gün burada keçirdiyimiz görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Mən, həmçinin Azərbaycanın Baş naziri ilə görüşəcəyəm. Mən ona müvafiq sahələr üzrə əməkdaşlığı davam etdirməyi təklif edəcəyəm. Mən investisiya, təhsil, enerji sahələrinin və Azərbaycan üçün maraq kəsb edən digər sahələrin genişləndirilməsində mühüm rol oynaya biləcək daha çox nazir göndərəcəyəm ki, ətraflı müzakirələr davam etdirilsin və gələcəkdə əməkdaşlığımız həyata keçirilsin.
Mənə və nümayəndə heyətinə göstərdiyi səmimi qarşılanmaya görə bir daha Zati-aliləri Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm. Çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.
Cənab Prezident, bir daha təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Eşref Tek"-də yeni aktyor
Şou-Biznes 04:25Türkiyə ordusu İraqdan çıxır
Dünya 04:06Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib
Sosial 03:05Trampın elçiləri Putinlə görüşə gedir? - İDDİA
Dünya 02:25Paşinyan Parisə gedib
Siyasət 00:23"Bu dəhşətli müharibəyə son qoymaq..." - Trampın kürəkənindən Ukrayna bəyanatı
Dünya 9 Noyabr 23:22Ermənistanda ukraynalını döyən iki Rusiya əsgəri saxlanılıb
Dünya 9 Noyabr 23:032026-cı ilin rəmzi komandası AÇIQLANDI - siyahıda kimlər var?
İdman 9 Noyabr 22:31"Hər tərəfində sülh küləkləri əsir" - Ərdoğan Qarabağdan danışdı
Siyasət 9 Noyabr 22:19İzmirdə fabrikdə güclü yanğın olub - ölü sayı 16 nəfərə çatıb - YENİLƏNİB
Dünya 9 Noyabr 22:02Kia tennis əfsanəsini təəccübləndirdi...
Maraqlı 9 Noyabr 21:52Psixoloqlar həyatın əsas məna mənbəyini adlandırıblar...
Sosial 9 Noyabr 21:28“Putin hətta Respublikaçılar üçün də zəhərli hala gəlib...”
Dünya 9 Noyabr 21:06Z-iqtisadçı Rusiya radiosunda çaxnaşma yaratdı...
İqtisadiyyat 9 Noyabr 20:51Portnikov: Kremli danışıqlara necə məcbur etmək olar...
Dünya 9 Noyabr 20:27Gənclərlə mübarizə...
Dünya 9 Noyabr 20:05Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
Dünya 9 Noyabr 19:57“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”
Dünya 9 Noyabr 19:49Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
Siyasət 9 Noyabr 19:35“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”
Dünya 9 Noyabr 19:27”Şuşanın yeni siması Zəfərin quruculuq mərhələsini ifadə edir” -MİLLƏT VƏKİLİ
Siyasət 9 Noyabr 19:17Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
Dünya 9 Noyabr 19:12Gideon Levi: Niyə İsrailə öz “Əbdül Səidi” lazımdır..?
Dünya 9 Noyabr 19:05İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək
Dünya 9 Noyabr 18:56Rusiya Əbu-Dabi danışıqları üçün nümayəndə heyətini əvəzləyib...
Dünya 9 Noyabr 18:51Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb...
Dünya 9 Noyabr 18:43Putin vaxtı gecikdirir...
Dünya 9 Noyabr 18:28Yuri Felştinski: Tramp və Putinin planları iki ay ərzində dağıla bilər...
Dünya 9 Noyabr 18:06İzmirdə partlayış nəticəsində 10 nəfər ölüb, 15 yaralı var
Dünya 9 Noyabr 17:56Adanada 4,6 bal gücündə zəlzələ baş verib
Dünya 9 Noyabr 17:01Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək
Dünya 9 Noyabr 16:27Təhsil işçiləri üçün “Zəfər düşərgəsi” keçirilib
Sosial 9 Noyabr 16:20İran TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistandan zəmanət alıb
Dünya 9 Noyabr 16:15SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat 9 Noyabr 15:22Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
Hadisə 9 Noyabr 15:11Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 9 Noyabr 14:57Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
Siyasət 9 Noyabr 14:21Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Siyasət 9 Noyabr 14:18COP31-də 550 səhiyyə işçisi və 5 təcili yardım avtomobili xidmət göstərəcək
Dünya 9 Noyabr 14:16Murat Kurum COP31 üçün hazırlanan “Bir Ev” mahnısını paylaşıb
Dünya 9 Noyabr 14:11COP31-də 6 qitədən 102 liderin iştirakı gözlənilir
Dünya 9 Noyabr 14:04"Bayrağımız azadlıq düşüncəmizin və milli iradəmizin təcəssümüdür" - POLİTOLOQ
Siyasət 9 Noyabr 13:54Dövlət bayrağı– milli dövlətçilik və suverenliyin rəmzi - MƏQALƏ
Siyasət 9 Noyabr 13:49"İqlim siyasəti bəşəriyyətin gələcəyini qorumaq siyasətidir" - COP31 Prezidenti
Dünya 9 Noyabr 13:48Yorğa qaçışları üzrə "Zəfər Kuboku" keçirilib - FOTOLAR
İdman 9 Noyabr 13:10Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Siyasət 9 Noyabr 12:51"Üçrəngli bayrağımız müstəqilliyimizin ən müqəddəs rəmzidir" - POLİTOLOQ DANIŞDI
Siyasət 9 Noyabr 12:30Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
Siyasət 9 Noyabr 12:10Sabah Bakıda hava yağmursuz olacaq
Sosial 9 Noyabr 12:09Rus generalı İvaşov Putinə: Məğlub oldun, sənin ağlın yox idi...
Dünya 9 Noyabr 12:06Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Siyasət 9 Noyabr 11:46İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Siyasət 9 Noyabr 11:31İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 9 Noyabr 11:29BDYPİ sürücüləri bayram günlərində təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
Sosial 9 Noyabr 11:01"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb
İdman 9 Noyabr 10:35Bəzi dağlıq ərazilərə qar yağır
Sosial 9 Noyabr 10:33Aİ Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 9 Noyabr 10:20Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 9 Noyabr 10:08İranın xarici işlər naziri ABŞ-a müraciət edib
Dünya 9 Noyabr 09:53Dünya birjalarında qızıl və gümüş bahlaşıb
İqtisadiyyat 9 Noyabr 09:20Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Siyasət 9 Noyabr 09:00Bu gün Türkiyədə COP31 zirvəsi işə başlayır
Dünya 9 Noyabr 05:04"Dəmir qapı" qüvvədədir - Tramp yenə İranı HƏDƏLƏDİ
Dünya 9 Noyabr 03:28Rusiya mediası Prezident İlham Əliyevin çıxışından yazır
Siyasət 9 Noyabr 03:05Şuşada atəşfəşanlıq olub
Sosial 9 Noyabr 02:23Oğlu Hollivud ulduzunun soyadından imtina edir...
Şou-Biznes 9 Noyabr 02:02Qaxda TIR mikroavtobusa çırpılıb
Hadisə 9 Noyabr 01:23Rusiyaya qarşı 10 dövlət dəniz İttifaqı yaradır
Dünya 9 Noyabr 01:03Moskvada ticarət mərkəzində güclü yanğın olub
Dünya 9 Noyabr 00:23İstanbuldakı məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb...
Sosial 9 Noyabr 00:03Futzal millimiz Latviya yığmasına uduzub
İdman 8 Noyabr 23:22Xankəndidə bayram konserti keçirilib
Sosial 8 Noyabr 23:03Misirdə dəhşətli qatar qızası - ölənlərin sayı 7-yə çatıb
Dünya 8 Noyabr 22:32Bakı bulvarında atəşfəşanlıq keçirilib
Sosial 8 Noyabr 22:19Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 8 Noyabr 22:02İlin görünüşü: Hansı moda geyimi 2026-cı ilin ən yaxşısı seçildi..?
Dəb 8 Noyabr 21:52Qəhvə dəmləməyin ürək üçün ən sağlam yolu müəyyən edilib...
Dünya 8 Noyabr 21:28İsrailin yeni hökumətini o quracaq
Siyasət 8 Noyabr 21:08Əhval-ruhiyyə və konsentrasiyanı yaxşılaşdırmaq üçün üç üsul...
Sosial 8 Noyabr 21:06Elektrikli Hyundai Bugatti ilə rəqabət aparır...
Texnologiya 8 Noyabr 20:49Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
Siyasət 8 Noyabr 20:33İnsanın siyasi baxışları onun qoxusuna görə müəyyən edilə bilər...
Sosial 8 Noyabr 20:27Havadakı güc balansını əbədi olaraq dəyişdirə biləcək tarixi bir hadisə...
Texnologiya 8 Noyabr 20:05Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Siyasət 8 Noyabr 19:52Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...
İqtisadiyyat 8 Noyabr 19:48İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib
Siyasət 8 Noyabr 19:33Rusiya donanmasının ən böyük iki hərbi gəmisini “batırdı”...
Dünya 8 Noyabr 19:26İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib
Dünya 8 Noyabr 19:13Özəl xəbərlər
Digər xəbərlər”Şuşanın yeni siması Zəfərin quruculuq mərhələsini ifadə edir” -MİLLƏT VƏKİLİ
Siyasət 9 Noyabr 19:17Adanada 4,6 bal gücündə zəlzələ baş verib
Dünya 9 Noyabr 17:01Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək
Dünya 9 Noyabr 16:27İran TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistandan zəmanət alıb
Dünya 9 Noyabr 16:15COP31-də 550 səhiyyə işçisi və 5 təcili yardım avtomobili xidmət göstərəcək
Dünya 9 Noyabr 14:16Murat Kurum COP31 üçün hazırlanan “Bir Ev” mahnısını paylaşıb
Dünya 9 Noyabr 14:11
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9037
0,00%
-
GBP
2,2834
0,00%
-
RUB
2,0840
0,00%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



