“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib.
SİA xəbər verir ki, qanun layihəsini parlamentin deputatı Zaur Şükürov təqdim edib.
Layihəyə əsasən, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişiklikləri nəzərdə tutan İkinci Əlavə Saziş təsdiq edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB