Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında saziş təsdiqlənib

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsinə əsasən, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilir.

Layihə Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndi rəhbər tutularaq hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə