Milli Məclisin növbəti plenar iclası keçirilir - YENİLƏNİR

Milli Məclisin növbəti plenar iclası keçirilir - YENİLƏNİR

Milli Məclisin növbəti plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxil edilib.

SİA xəbər verir ki, Plenar iclasda Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri, beynəlxalq avtomobil əlaqələri və Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti ilə bağlı sazişlərin təsdiqi, eləcə də İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi müzakirə olunur.

Bununla yanaşı, iclasda dövlət qulluğu, vergi, əmək münasibətləri, aviasiya, texniki tənzimləmə və qiymətli kağızlar bazarı ilə bağlı qanun layihələrinə də baxılır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə