“Azərbaycanın beynəlxalq müstəvidə vasitəçi kimi çıxış etməsinə imkan verir” - ŞƏRH EDİLDİ
“Azərbaycan İrana humanitar yardımlar göndərir və İran prezidenti Məsud Pezeşkiyan bu mövqeyə görə Cənab Prezidentə telefon zəngi ilə təşəkkür edir. Amma düşünürəm ki, burada məhz Azərbaycan Prezidentinin vasitəçiliyindən də istifadə etmək olar və bu istiqamətdə təşəbbüs göstərilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, çünki Azərbaycan ABŞ və İsrail liderləri ilə müəyyən münasibətlərə malikdir və hesab edirəm ki, Azərbaycanın bu müharibədə neytral mövqeyi, böhranın diplomatik yolla həllinə yönəlmiş səyləri, həmçinin vasitəçilik üzrə potensialı xüsusi əhəmiyyət daşıyır:
“Düşünürəm ki, Azərbaycan İranla İsrail arasında da vasitəçi ola bilər.
Azərbaycan Türkiyə, İsrail və Suriya arasında da vasitəçilik və ev sahibliyi edir. İranla da bu mümkündür. Çünki Azərbaycan kiçik ölkə olsa da, regional mövqeyi və beynəlxalq müstəvidə etimad qazanması onun vasitəçi kimi çıxış etməsinə imkan verir.
Azərbaycan regionda sülhün təmin olunması istiqamətində ciddi addımlar atır. Həmçinin elə bir coğrafi mövqedə yerləşir ki, böyük dövlətlərin maraqlarının toqquşduğu bir nöqtədə əsas nəqliyyat dəhlizlərindən birinə çevrilə bilər. Buna görə də Azərbaycanın səsi eşidilir və düşünürəm ki, vasitəçilik imkanları kifayət qədərdir.
Ümumilikdə isə hesab edirəm ki, İran tərəfi hələ də müqavimət göstərsə də, danışıqlara açıqdır. ABŞ-la da danışıqlara müəyyən qədər açıq yanaşma mövcuddur. Hazırda daha çox zərbələr İran tərəfinə yönəlir, lakin düşünürəm ki, bu vəziyyət hərbi yolla deyil, yalnız danışıqlar prosesi vasitəsilə müəyyən sabitliyə gətirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB