Diplomatik missiyamızın təxliyəsi ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə SİA-ya açıqlama verib.
Səfir bildirib ki, verilmiş tapşırığa müvafiq olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyətinin əksəriyyəti artıq İrandan təxliyyə edilib və hazırda ölkəmizdədirlər: “Qalan bir neçə əməkdaşın da təxliyyəsi həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun heyəti isə tam təxliyyə olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB