“Konsulluğun heyəti tam təxliyyə olunub” - SƏFİRDƏN AÇIQLAMA

8 Mart 2026 02:14 (UTC+04:00)

Diplomatik missiyamızın təxliyəsi ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə SİA-ya açıqlama verib.

Səfir bildirib ki, verilmiş tapşırığa müvafiq olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyətinin əksəriyyəti artıq İrandan təxliyyə edilib və hazırda ölkəmizdədirlər: “Qalan bir neçə əməkdaşın da təxliyyəsi həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun heyəti isə tam təxliyyə olunub”.