Türkiyəni də İran oyununa çəkirlər...

Mətləb Salahov: “İrandan sonra Türkiyənin də “dizayn edilməsi” tamamilə gözlənilən plandır”

"Son bir gün ərzində dünya mediasında guya Türkiyə ordusunun İran müharibəsi zamanı öz təhlükəsizliyini qorumaq üçün bu ölkənin ərazisinə daxil olacağı barəsindəki informasiyaların servis edilməsi qətiyyən təsadüfi deyil.

Çünki yerləşdiyimiz bölgə üçün öz yırtıcı maraqları üçün uzunmüddətli planlar quran Ağ Ev bu planlarını daha effektli və sürətlə reallaşdırmaq üçün Türkiyə faktorunu da əsas tutur. Bölgənin iki güclü dövləti olan İran və Türkiyəyəb"sürprizlər" dolu olan hazırlayan hazırkı ABŞ Administrasiyası gələcək illər üçün rəsmi Ankaranı zəiflətmək üçün onu müharibə oyunlarında iştirakçıya çevirmək istəyir. Alınacaqmı?- onu zaman göstərəcək".
Bu barədə SİA-ya açıqlamasında jurnalist ekspert Mətləb Salahov bildirib. M. Salahov əlavə edib ki, artıq Türkiyə XİN yuxarıda qeyd olunan məsələ ilə bağlı açıqlama yayıb və Türkiyə ordusunun İrana daxil olmaq kimi bir planının olmadığını bəyan edib. "Lakin bu cür informasiyanın feyk xəbər kimi istehsal edilib dövriyyəyə buraxılması özü bir siqnaldır. Məncə, Türkiyə rəhbərliyi kifayət qədər ayıq-sayıq siyasət yürütməlidir. Çünki İranın neft-qazını, uran kimi sərvətlərini qamarlamaq üçün gün sayan Ağ Evdə əyləşənlər öz planları üçün Ankaranı rahat buraxmayacaqlar.
Elə təhlükəli oyunlar qurulacaq ki, Türkiyə bu oyunlara çəkilsin, sonrakı mərhələdə elə Türkiyənin özünü də hədəf taxtasına qoyacaqlar. Türkiyənin hazırkı güc və mövqe sahibi olmasını ABŞ daxil olmaqla heç bir Qərb ölkəsi həzm edə bilmir. İrandan sonra Türkiyənin də “dizayn edilməsi” tamamilə gözlənilən plandır”

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə