Ərdoğan: Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, bu barədə o “X”də yazıb.

“Bu gün Krım Tatar sürgününün 80-ci ildönümüdür. Krım Tatarı qardaşlarımızı ana yurdlarından ayıran, bu gün hələ də ağrısını ürəyimizdə hiss etdiyimiz, böyük kədərlərə səbəb olan bu hadəsni anır, həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Türkiyə olaraq həm Krımda yaşayan, həm də işğaldan sonra bölgədən çıxmağa məcbur olan Krım tatarlarının hüquqlarını bütün şərtlərdə müdafiə etməyə davam edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə