"Münasibətlərin hansı səviyyədə olacağını Azərbaycan müəyyənləşdirəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ nümayiş etdirdi ki, Azərbaycanla münasibətlərin əvvəlki məcraya qayıtmasının tərəfdarıdır. Özləri də göstərdi ki, əslində, yanlış addım atıblar. Azərbaycan o dövlət deyil ki, onunla elə bir tərzdə, elə bir səviyyədə danışsınlar və ya diplomatik tərbiyəsizlik nümayiş etdirsinlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, əvvəllər də ABŞ-ın təcrübəsində digər dövlətlərlə bu tərzdə danışmaq müşahidə olunub: "Amma Azərbaycan başa saldı ki, bu tərzdə danışmaq lazım deyil və bu, yolverilməzdir. Azərbaycan Prezidenti təbii olaraq öz qəti mövqeyini bildirdi ki, həmin mövqeyi də Xarici İşlər Nazirliyi nümayiş etdirdi. Hazırda ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycanın XİN rəhbərini yenidən Vaşinqtona dəvət etməsi və görüşün təşkil edilməsi onu göstərir ki, ABŞ bizimlə münasibətlərin əvvəlki, hətta daha yüksək səviyyəyə qaldırılmasının tərəfdarıdır. Bundan sonra ABŞ-la münasibətlərin hansı səviyyədə olacağını Azərbaycan tərəfi müəyyənləşdirəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə