“Ermənistan ekoloji problemlərin tarazlanması üçün sülh sazişini imzalamalıdır” - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ
"Ermənistanla Azərbaycan arasında münasibətlər hər hansı bir sənədlə tənzimlənmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh sazişini imzalamaq istəyir ki, münasibətlərin tənzimlənməsinə start verilsin: "Diplomatik münasibətlər qurulandan sonra ekoloji problemlər tarazlı şəkildə, iki tərəfin marağı çərçivəsində həll edilə bilsin. Eyni zamanda həm Azərbaycan, həm Ermənistan beynəlxalq sənədlərə imza atıb. Beynəlxalq sənədlərlə münasibətlərin tənzimlənməsi tamamilə olmasa da, qismən tənzimlənir. Ekoloji vəziyyətlərlə bağlı məsələlər, Ermənistan və Azərbaycanla həmsərhəd çaylar üzərində və həmsərhəd bölgələrdə tikilən sənaye və obyektlər nəzərə alınmalıdır. Azərbaycan öz hüququndan istifadə edərək hətta Ermənistanla ikitərəfli münasibətlər olmadan da Ermənistan tərəfinə etirazını bildirə bilər. Lakin bu ekoloji problemlərin tam həll edilməsi diplomatik münasibətlərdən və sülh sazişinin imzalanmasından asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB