Prezidentlər arasında telefon danışığı olub PUTİN - ƏRDOĞAN

Prezident Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

SİA xəbər verir ki, danışıq zamanı enerji, Türkiyə-Rusiya münasibətləri, Ukraynadakı vəziyyət və Suriya kimi regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini və gücləndirməkdə davam etdiklərini ifadə edərək, yol xəritəsini ən qısa zamanda tamamlamağı və onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.
Taxıl dəhlizində Ukrayna böhranı, əsir mübadiləsi və Zaporojya Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona təşəbbüsləri ilə bağlı aparılan danışıqların müsbət nəticələrinin şahidi olduqlarını xatırladan prezident Ərdoğan, sülh və danışıqlara çağırışların birtərəfli atəşkəslə dəstəklənməli olduğunu Putinə söyləyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə