Bölgədə mina təmizləmə işləri necə gedir? - HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ
"Təəssüflər olsun ki, Ermənistan mina xəritələrinin verilməsi ilə bağlı məsələdə də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və mina xəritələrini vermədi. Onlar əvvəl deyirdilər xəritə yoxdur. Sonra isə Azərbaycan dövləti sübut etdi ki, bunlar boş cəfəngiyyatdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emil Həsənli deyib.
Onun sözlərinə görə, xəritə olmasa mina basdırılması mümkün deyil: "Yeganə sahədir ki, ancaq o işlə peşəkarlar məşğul olur. Əks halda xəritə olmasa minaları basdıranlar özü həmin minalara düşərlər. Niyə Rusiya sülhməramlıları və yaxud da erməni separatçıları bu minalara düşmür? Onlar Azərbyacanlılara qarşı düşmənçilik siyasətini davam etdirirlər. Azərbaycan dövləti də çalışır ki, qısa bir müddət ərzində minalanmış əraziləri təmizləsin. Bunun üçün Mina Agentliyi yaradılıb. Bundan əlavə Müdafiə Nazirliyininin tərkibində minaların təmizlənməsi ilə bağlı iki hərbi hissə yaradılıb. Fövqaladə Hallar Nazirliyi də minaların təmizlənməsi işi ilə məşğuldur. Eyni zamanda qardaş Türkiyə və İsrail dövləti də bu məsələdə bizə çox kömək edir. Amma təəssüflər olsun ki, ABŞ və Avropa ölkələri bizə yetərincə dəstək olmur. Avropa Birliyi və ABŞ bizə daha çox dəstək ola bilərdi. Mina təmizləyən qruplarını həmin bölgəyə göndərə bilərdilər. Amma bunların heç birini görmədik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB