"Təxribatlar milli birliyimizi daha da gücləndirdi" - TÜRK EKSPERT AÇIQLADI

"Türkiyədə yaşanan terror hücumunun önəmli bir necə səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında Altınbaş Universiteti Müəllim və ASAM Mütəxəssisi, Təqaüddə olan Qərargah Polkovnik Dr.Eray Güçlüer​ deyib.

Onun sözlərinə görə, birinci olaraq Türkiyə Azərbaycanla birlikdə Qafqazlarda yeni bir şərait yaratdı: "Yeni yaranan şəraitdə qlobal güclərin Amerikanın və Rusiyanın eyni zamanda regional qüvvələrin İranın və Ermənistanın illərdir ki, davam etdirdiyi imperalizm siyasətini Türkiyə və Azərbaycan qırdı. Türk dünyasında Azərbaycan və Türkiyənin birlikdə hərəkət etdiyi yeni bir geopolitik sahə yaratdı. Dünyanın bəzi gücləri bundan çox narahat oldu. Çünki artıq Türkiyə və Azərbaycan birliyi imperalizm güclərin Qafqazlara qarışmasına və Qafqazlardakı türk dünyasını parçalamasına əngəl olur. Beləliklə, Qafqazlardakı Türk dövlətləri keçmişdəki kimi terrorist güclərin tələblərinə boyun əymirlər. Artıq Türk dünyası müstəqil idarələri ilə Qafqazlar da yeni geopolitik vəziyyət yaratdılar. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qurulması ilə hər keçən gün türk birliyi daha da güclənir. Bu mənada çox böyük enerji imkanları və politik siyasi iradələri olan Türk birliyi Qafqazlarda barışı, güvənliyi qorumaq üçün istifadə edilməyə başlandı. Qlobal güclər artıq əvvəlki kimi Qafqazları istismar edə bilmirlər".

Eray Güclüer qeyd edib ki, bu səbəbdən həm Türkiyəyə, həm də Azərbaycana qarşı çox ciddi bir terror hərəkəti hazırlığı içindələr: "Azərbaycanda da keçdiyimiz dövrdə çox mühüm əməliyyatlar aparıldı. Terror hücumlarının qarşısı alındı. İkinci olaraq Türkiyə Amerikaya rəğmən Egey dənizində geopolitik üstünlük əldə etdi. Egeydə Yunanıstanın Amerikaya arxalanaraq Türkiyəyə baş-başa gələ bilməz. Çünki hərbi mənada Yunanıstan zəifdir. Ona görə Egeydə artıq əvvəlki kimi Yunanıstan təxribatlara əl ata bilmir. Burada təbii ki, Türkiyənin sənayedə irəliləməsi də çox önəmli əhəmiyyətə malikdir. Ən son Tayfun raketinin sınaqdan keçirilməsi bir anda bütün balansları dəyişdirdi. Türkiyənin əsgəri gücü provakasiyaların qarşısını aldı. Türkiyə bölgədə qalıcı üstünlüyü əldə etdi. Üçüncü olaraq Türkiyə Suriyada Əsəd rejimi ilə müxalifləri uzlaşdırıb ortaq bir güc yaratmaq niyyəti ilə başda PKK, PYD, YPG kimi terror qruplaşmaları və DEAŞ da daxil olmaqla bütün terror qruplaşmalarının Suriyadan çıxarılmasına çalışır. Bu siyasi və hərbi yol ilə terror qrupları Suriyadan çıxarılarsa, Amerikanın da Suriyada qalmaq səbəbi olmayacaq. Burada çox kritik vəziyyətdir. Əgər bu proses başa çatarsa, Türkiyənin və Rusiyanın qarantorluğunda Suriyada yeni siyasi sistem yaradıla bilər və Amerikanın da bölgədə qalmaq şansı ortadan qalxacaq. Buna görə Avropa və ABŞ narahatdır. Son olaraq qida və enerji krizi Türkiyə üzərindən həll olundu. Bundan sonra Türkiyənin və Azərbaycanın da içində olduğu BMT barış missiyası çərçivəsində yaradılacaq müvəqqəti atəşkəs xətti olması ilə Rusiya və Ukrayna savaşının sona çatması ilə nəticələnə bilər. Lakin belə olduğu halda Amerika ilə hərəkət edən bəzi Avropa ölkələrinin provakasiyaları da gözlənilir. Burada Türkiyəyə qarşı xaricdən hərbi güclə, iqtisadi təzyiqlərlə bir şey əldə edə bilməyənlər terror qruplarından istifadə edərək Türkiyə və Azərbaycana qarşı bir həmlə etməyə çalışırlar. Bu mənada, Türkiyəyə yönələn hər bir təhdidin qarşısı alınır. Terror təxribatları bizi ayırmadı, əksinə, milli birliyimizi daha da gücləndirdi. Bunun cavabı çox yaxın zamanda veriləcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə