Bunu erməni vəhşiliyi, erməni vandalizmi kimi qiymətləndirdi. -BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən 9-cu Zirvə Görüşü zamanı çıxış edərək bir çox məsələlərə və eyni zamanda Azərbaycan Ermənistan arasında münasibətlərin tənzimlənməsi, işğal faktının aradan qaldırılması, Azərbaycan torpaqlarının işğaldan azad olduqdan sonra həmin ərazilərdə dövlətimizin həyata keçirdiyi geniş miqyaslı tikinti-quruculuq işlərinin görülməsindən danışdı". Bu sözləri SİA-ya açıqlmasında beynəlxalq ekspert Anar Əliyev deyib:

Onun sözlərinə görə, eyni zaman Azərbaycan Respublikasının Prezidenti işğal faktı aradan qaldırıldıqdan sonra 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdə ermənilərin törətdiyi vandallıqlardan, bütün yaşayış məskənlərinin yerlə yeksan edilməsi və dağıdılması, eyni zamanda bir çox tarixi abidələrimizin, məscidlərimizin dağıdılmasından bəhs etdi. Bunu erməni vəhşiliyi, erməni vandalizmi kimi qiymətləndirdi. Bütün qeyd olunanları əlavə edərək onuda qeyd etmək istəyirəm ki, Ermənistan havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal altında saxladığı dövrlərdə bir sıra qonşu dövlətlərin eləcədə İran şirkətlərinin iştirakı ilə Azərbaycanın bütün yaşayış məskənlərini, eyni zamanda yer üstü və yer altı sərvətlərimizi talayaraq Azərbaycana çox ciddi zərbələr vurmağa çalışırdı. O, əslində erməni dövlətinin, erməni xalqının mahiyyətindən irəli gəlir. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində bu işğal faktını aradan qaldırıb, erməni havadarlarının dəstəyi ilə torpaqlarımızı işğalda saxlamaq istəyən və işğal faktını uzatmağa çalışan Ermənistan üçün bölgədə yeni reallıqlar yaratdı.

Beynəlxalq ekspert sözlərinə davam edərək deyib ki, həmin bu reallıqlardan biri də Zəngəzur dəhlizidir. Çünki Zəngəzur lahiyəsinin həyata keçirilməsi tək bölgədə olan dövlətlərin yox həmdə Avropa ölkələrinin maraq dairəsinə çevrilmişdir. Xüsusi ilə indi ki, qlobal şərtlər daxilində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda orta dəhlizin imkanları və təlabatda kifayət qədər genişlənməkdədir. Hesab edirəm ki, cənab Prezidentimizin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərdə sırf yeni reallıqların tələblərinə və dövrümüzün irəli sürdüyü şərtlərə uyğun açıqlamalardır. Ermənistan tərəfi bunu düzgün qiymətləndirməlidir. Bu dəhlizin açılmasından sonra Azərbaycanla Ermənistan , Ermənistanla Türkiyə arasında mövcud olacaq iqtisadi əlaqələrin nəticəsində hər bir erməninin iqtisadi yüksəlişini, sosial rifahının yaxşılaşdığını diqqətdə saxlamalı və bunu düzgün qiymətləndirməlidir. Azərbaycan tərəfi 10 noyabr Bəyanatından tələbindən irəli gələn Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcəyini və Zəngəzur dəhlizinin açılması ilə bağlı biz öz üzərimizə düşən işləri kifayətlə həyata keçirmişik. Təəssüflər olsun ki, 2 ilə yaxın müddət keçməsinə baxmayaraq Ermənistan tərəfi bu istiqamətdə hələ müsbət addımlar atmaqa maraqlı görünmür. Amma hesab edirəm ki, razılaşdırılmış bir çox məsələlərdə olduğu kimi, imzalanmış 10 noyabr, 11 yanvar və 6 noyabr 2021 ci il Bəyanatlarının tələblərinin hamısının Ermənistan yerinə yetirmək məcburiyyətindədir. Və bunu könüllü şəkildə həyata keçirəcəksə prosses daha rahat şəkildə reallaşmış olacaq".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə