Şəhərlərimizi atəşə tutan daha iki "Smerç" bu gün məhv edilib (VİDEO)

Şəhərlərimizi atəşə tutan daha iki "Smerç" bu gün məhv edilib  (VİDEO)

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə