Hikmət Hacıyev: “Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb”

“Son dəqiqə: Ermənistanın humanitar barışıq silahlı qüvvələrinin arxasında gizlənmək terror və hərbi cinayət əməllərini davam etdirir”.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb: “Xəsarət və zərərlər müəyyənləşdirilir”.

Verilən xəbərə görə, mülki əhali arasında yaralananlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə