Laçın yolunda hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 20-yə çatıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. SİA xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 13 təminat və təchizat avtomobili Xankəndidən Laçın, 1 yük avtomobili isə əks istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 20-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə