Gün ərzində sülhməramlıların 71 avtomobili Xankəndi-Laçın yolundan maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 35 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. SİA xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 29 təminat və təchizat avtomobili Laçından Xankəndi, 3 yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət edib.

Bundan bir neçə dəqiqə əvvəl isə "Toyota camry" markalı daha 1 minik avtomibili Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə